Qelebə.az / Ronaldo tarixi rekord qırdı – DÇ-nin ən yaşlısı oldu

Ronaldo tarixi rekord qırdı – DÇ-nin ən yaşlısı oldu

17-06-2026, 21:13

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 41 yaş 132 günlüyündə DR Konqo ilə matça start heyətində başlayan hücumçu mundial tarixində ilk “11-lik”də meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Qeyd edək ki, dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı futbolçu Misir millisinin sabiq qapıçısı Essam əl-Hadaridir.

O, DÇ-2018-də Səudiyyə Ərəbistanına qarşı oyuna 45 yaş 161 günlüyündə ilk “11-lik”də başlayıb.

Ronaldo isə qapıçılar nəzərə alınmadıqda mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Geri qayıt