Qelebə.az / Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşib

Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşib

17-06-2026, 16:37

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

QELEBE.AZ xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibləri müəyyənləşib. "Ağ-qaralar"ın potensial rəqibləri "Dinamo Minsk" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi olacaq.

İlk oyun Bakıda, cavab matçı səfərdə keçiriləcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.

Geri qayıt