Qelebə.az / "Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibləri bilinib

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibləri bilinib

17-06-2026, 15:16

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

“Qarabağ” II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda ÇSKA Sofiya (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyun Azərbaycanda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.

Geri qayıt