Qelebə.az / İran millisində viza problemi: DÇ-2026-da iştirak etməyə bilər

İran millisində viza problemi: DÇ-2026-da iştirak etməyə bilər

16-06-2026, 15:53

İran millisinin futbolçusu Mehdi Torabinin ABŞ vizasının müddəti başa çatıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DÇ-2026 üçün futbolçulara çoxgirişli viza verilsə də, Torabinin vizası yalnız bir dəfə ABŞ-a giriş üçün nəzərdə tutulub.

Yarımmüdafiəçi Los-Ancelesdə keçirilən İran – Yeni Zelandiya matçından (2:2) sonra ölkəni tərk etdiyi üçün vizasının müddəti bitib.

İran Futbol Federasiyası Torabinin növbəti oyunlarda komandaya qoşula bilməsi üçün vizanın yenidən rəsmiləşdirilməsi istiqamətində işlərə başlayıb.

Qeyd edək ki, İran millisi DÇ-2026-nın G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparır.

Geri qayıt