Qelebə.az / Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

16-06-2026, 10:40

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, tədbirdə "Qarabağ"ın rəqibi də bəlli olacaq.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Komandamızın potensial rəqibləri "Jilina", "Voyvodina", "Universtatya Kluj", "Aluminiy", "Derri Siti" və "Vestri" klublarıdır.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Geri qayıt