Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Ozan Can Kökçü “Vanspor”a keçib. Türkiyə təmsilçisi millimizin üzvü ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Ozan Can Kökçü son olaraq Niderlandın “Volendam” klubunun formasını geyinib. “Vanspor” Türkiyə I Liqasında mübarizə aparır.