DÇ-2026-nın qrup mərhələsində növbəti oyun keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, G qrupunda Belçika millisi Misir ilə qarşılaşacaq.
Setll stadionunda baş tutacaq görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Belçika kapitanı Kevin de Brüyne və Misir kapitanı Məhəmməd Salahın dueli maraqla gözlənilir. Onlar uzun illər Premyer Liqada rəqib olublar.
DÇ-2026
G qrupu
15 iyun
23:00
Belçika - Misir