İsveç millisinin futbolçusu Aleksander İsak Tunisə qarşı oyunun ən yaxşı futbolçusu seçilib.
QELEBE.AZ xəbər verir ki, hücumçu DÇ-2026-nın qrup mərhələsində keçirilən görüşdə oyunu ilə diqqət çəkib.
İsak görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçin ikinci qolunu vuran hücumçu fasilədən sonra Viktor Gyökereşin qolunda ötürmənin müəllifi olub.
Qeyd edək ki, İsveç Tunisə 5:1 hesabı ilə qalib gəlib.