Qelebə.az / Ağ Evdə şok nokaut – Qan Pereyranı taxtdan saldı

Ağ Evdə şok nokaut – Qan Pereyranı taxtdan saldı

15-06-2026, 08:10

Siril Qan UFC gecəsində Aleks Pereyranı məğlub edərək ağır çəkidə çempionluq kəmərinə sahib çıxıb.

QELEBE.AZ xəbər verir ki, Ağ Evdə təşkil olunan döyüş gecəsində fransalı idmançı güclü rəqibi ilə üz-üzə gəlib.

Qan rəqibini ikinci raundda nokauta salaraq titulu əldə edib. Bununla da Pereyranın UFC tarixində üç fərqli çəkidə çempion olmaq arzusu baş tutmayıb.

Qan – Pereyra döyüşü ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda keçirilib. Döyüşdən əvvəl kəmər vakant idi. 

Qeyd edək ki, Aleks Pereyra bu döyüşə qədər UFC-də iki fərqli çəkidə çempion olmuşdu.

Geri qayıt