Qelebə.az / Mbappe: “Dünya çempionluğu üçün qol vurmamağa razıyam”

Mbappe: “Dünya çempionluğu üçün qol vurmamağa razıyam”

12-06-2026, 02:02

Fransa millisinin kapitanı Kilian Mbappe dünya çempionluğu ilə bağlı maraqlı açıqlama verib.

Apasport.az xəbər verir ki, ulduz futbolçu mundialda şəxsi statistikanı yox, komanda uğurunu üstün tutduğunu bildirib:

“Dünya Kubokunu qazanıb heç qol vura bilməmək? Buna gözüm bağlı imza ataram”.

Mbappe 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub. 2022-ci ildə isə Qətərdə keçirilən mundialda 8 qolla turnirin bombardiri adını qazanıb. O, həmin yarışın finalında Argentinaya qarşı het-trik etsə də, Fransa penaltilər seriyasında məğlub olub.

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında I qrupunda mübarizə aparacaq. Didye Deşamın komandası qrup mərhələsində Seneqal, İraq və Norveçlə üz-üzə gələcək.

Geri qayıt