Qelebə.az / DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu

DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu

12-06-2026, 00:50

Meksika millisinin üzvü Gilberto Mora 2026-cı il dünya çempionatında tarixi göstəriciyə imza atıb.

QELEBE.AZ xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının finalından sonra doğulub mundialda forma geyinən ilk futbolçu olub.

Mora Meksika – Cənubi Afrika matçında meydana çıxmaqla bu göstəricinin müəllifi olub.

O, həm də 2026-cı il dünya çempionatının ən gənc futbolçusu sayılır.

17 yaşlı Gilberto Mora 14 oktyabr 2008-ci ildə anadan olub və Meksikanın “Tixuana” klubunda çıxış edir. 

Geri qayıt