“Real” yay transfer pəncərəsində Eduardo Kamavinqa ilə yollarını ayıra bilər.
QELEBE.AZ xəbər verir ki, Madrid klubu fransalı yarımmüdafiəçinin satışına müsbət yanaşır.
Daha əvvəl “kral klubu” Kamavinqa üçün 80-100 milyon avro tələb edirdi.
Lakin “Real” futbolçunun qiymətini aşağı salmaq qərarına gəlib.
Madrid təmsilçisi artıq 23 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.