Qelebə.az / Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

10-09-2022, 02:00

Sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək.

Yarışdan sonra, idmançılarımız 12-17 sentyabr tarixlərində Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

- 60 kq.

Rövşən Əliyev

Nazir Talıbov

- 66 kq.

Orxan Səfərov

Yaşar Nəcəfov

Kəramət Hüseynov

- 81 kq.

Səid Mollayi

Zelim Tckayev

Rüstəm Orucov

- 90 kq.

Murad Fətiyev

- 100 kq.

Zelim Kotsoyev

Məmmədəli Mehdiyev

+100 kq.

Uşanqi Kokauri

Camal Qamzatxanov

Geri qayıt