Qelebə.az / CAR millisinin üzvü “Sabah”da - RƏSMİ

CAR millisinin üzvü “Sabah”da - RƏSMİ

9-06-2026, 23:34

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Sabah” Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.

Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.

Geri qayıt