Azərbaycan çempionu "Sabah" növbəti transferini reallaşdırmaq üzrədir.
"Apasport"un əldə etdiyi məlumata görə, klub Yunie Laşaabla tam razılıq əldə edib.
Tərəflər yaxın günlərdə rəsmi müqavilə imzalayacaqlar.
Futbolçunun transferi üçün "Lill" klubuna təzminat da ödəniləcək. Məbləğ hələlik bəlli deyil.
Sol cinah vingerinin Avstriya toplanışında "Sabah"a qoşulması gözlənilir.
Qeyd edək ki, Laşaab son mövsümü "Lill"in əvəzedici komandasında keçirib.