Qelebə.az / “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab

“Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab

5-06-2026, 17:22

Duşan Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə danışıqları nəticəsiz qalıb.

QELEBE.AZ xəbər verir ki, serbiyalı hücumçu Turin klubunun son təklifini qəbul etməyib.

"TuttoMercato"nun məlumatına görə, “Yuventus” Vlahoviçə illik 6 milyon avro maaş və əlavə 1 milyon avro bonus təklif edib.

Lakin 26 yaşlı forvard bu təklifi rədd edərək illik 8 milyon avro tələb edib.

“Yuventus” rəhbərliyinin isə futbolçunun bu istəyinə sərt reaksiya verdiyi bildirilir. Klub rəsmiləri Kenan Yıldızın illik 7 milyon avro qazandığını xatırladaraq Vlahoviçə “Özünü Kenandan daha dəyərli hesab edirsən?” cavabını veriblər.

Bu vəziyyətdən sonra tərəflər arasında danışıqların çətinləşdiyi qeyd olunur.

Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Geri qayıt