Qelebə.az / Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

14-02-2023, 09:50

Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında XI turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, sonuncu turdan sonra qalibin adına aydınlıq gələcək.

Hazırda 6,5 xala malik şahmatçılardan Səbinə İbrahimova, Gövhər Beydullayeva və Xanım Balacayeva müvafiq olaraq ilk "3-lük"də qərarlaşıblar. 5,5 xalı olan Nərmin Abdinova 4-cü, ondan yarım xal az toplayan Ayan Allahverdiyeva 5-ci sıradadır.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir.

Ləman Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nurtan Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Azərbaycan çempionatı

XI tur

Nərmin Abdinova - Xanım Balacayeva

Gövhər Beydullayeva - Zeynəb Məmmədyarova

Gülnar Məmmədova - Ayan Allahverdiyeva

Xəyalə Abdulla - Ləman Hacıyeva

Türkan Məmmədyarova - Nurtan Nuriyeva

Geri qayıt