Qelebə.az / "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO

"Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO

4-06-2026, 13:35

"Arsenal" heyətini gücləndirmək niyyətindədir.

QELEBE.AZ xəbər verir ki, İngiltərə çempionu Bredli Barkolanı transfer etmək niyyətindədir.

"Topçular" PSJ-nin hücumçusu üçün danışıqlara hazırdır.

London təmsilçisi fransalının keçidinə 80 milyon avro ayırıb. Paris klubunun isə daha yüksək məbləğ istədiyi bildirilir.

Daha öncə mətbuatda PSJ-nin Barkolanı satmağa hazır olduğu bildirilirdi.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ildə "Lyon"dan Paris təmsilçisinə keçib.

Geri qayıt