Qelebə.az / "Bornmut"un baş məşqçisi bəlli oldu

"Bornmut"un baş məşqçisi bəlli oldu

4-06-2026, 16:20

"Bornmut"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Marko Rouzun son iş yeri "Leypsiq" olub. O, 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər bu komandanı çalışdırıb.

Mütəxəssis burada Almaniya kubokunun və Almaniya Superkubokunun qalibi olub.

 

Geri qayıt