Qelebə.az / "Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI

"Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI

Bu gün, 15:07

Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan”da növbəti ayrılıqlar yaşanıb.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb. Klub rəhbərliyi onlara xidmətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də “Araz-Naxçıvan”ın heyətində çıxış edəcək.

Geri qayıt