"Qəbələ"də daha iki ayrılıq yaşanıb.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Qırmızı-qaralar" Rza Cəfərov və Sambu Sissoko ilə vidalaşıb.
Onların hər ikisinin icarə müqaviləsinin müddəti başa çatıb və məxsus olduqları klublara qayıdıblar.
Qeyd edək ki, hər iki futbolçu komandaya qışda qoşulmuşdu. Cəfərov müqavilə ilə "Neftçi"yə, Sissoko isə Fransanın "Valensiennes" klubuna məxsusdur.