Qelebə.az / Millimiz bu gün iki matç keçirəcək

Millimiz bu gün iki matç keçirəcək

Bu gün, 11:31

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.

Apasport.az, təmsilçilərimiz öncə Çexiya ilə üz-üzə gələcək.

Görüşə saat 19:05-də start veriləcək. Yığmamız saat 20:55-də Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Geri qayıt