"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzenin durumuna aydınlıq gəlib.
"Apasport"un əldə etdiyi məlumata görə, mütəxəssis postunda qalmağa yaxındır.
Çalışdırıcı hazırda Gürcüstanda istirahətdədir.
O, yaxın günlərdə Azərbaycana qayıdacaq və rəhbərliklə görüşəcək. Tərəflər yeni şərtlərdə razılığa gəlsələr, təcrübəli mütəxəssis komandanı çalışdırmağa davam edəcək.
Bildirilir ki, "Qəbələ" rəhbərliyi yola Tsxadadze ilə davam etməyin tərəfdarıdır.
Qeyd edək ki, mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.