Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.
Apasport.az xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gəlib.
Zamiq meydana start heyətdə çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.
Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü dəfə çempion olub.