"Zirə" 5 futbolçu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikelslə klub arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəyə də ehtiyac duyulmayıb.