“Borussiya Dortmund”un hücumçusu Serj Qirasi karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 30 yaşlı forvard “Fənərbaxça” ilə anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, Qana millisinin üzvü Aziz Yıldırım “sarı-lacivərdlilər”in prezident seçkilərində qalib gələrsə, bu transfer gerçəkləşəcək.
Qeyd edək ki, Serj Qirasi 2024-cü ildən “Dortmund”un formasını geyinir.