Qelebə.az / 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb

12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb

Bu gün, 12:38

Azərbaycanın 12 yaşadək basketbolçulardan millisi Kutaisidə Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbələrlə başlayıb.

QELEBE.AZ xəbər verir ki, komanda ilk oyunda Gürcüstanın "Telavi" komandasını 55:21 hesabı ilə üstələyib.

Milli daha sonra Estoniya təmsilçisi "Tal Teç"i 47:39 hesabı ilə məğlub edib.

Turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edirlər.

Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.

Geri qayıt