Neymar 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində Braziliya millisinin Panama və Misirlə keçirəcəyi yoldaşlıq oyunlarını buraxacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, 34 yaşlı vinger mundialın ilk turunda Mərakeşə qarşı keçiriləcək oyunda da zədə səbəbindən iştirak etməyə bilər.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya millisi C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.