“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
QELEBE.AZ xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq “Neftçi” ailəsinin üzvüdür.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
O, “3” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.