“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” Rəhman Hacıyevlə 1+1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında Gəncə təmsilçisinə qoşulub. Hacıyev geridə qalan mövsümdə komandasının heyətində keçirdiyi 16 oyunda 2 qolla yadda qalıb.