Qelebə.az / 11 il əvvəl “Fənərbaxça”nın avtobusuna silahlı hücumla bağlı istintaq bərpa olunub

11 il əvvəl “Fənərbaxça”nın avtobusuna silahlı hücumla bağlı istintaq bərpa olunub

Bu gün, 12:13

4 aprel 2015-ci ildə “Fənərbaxça” futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.

NTV xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ədliyyə naziri Akın Gürlek bununla bağlı tapşırıq verib.

Qeyd edək ki, 11 il əvvəl Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub. Hadisə Çaykur Rizəspor” oyunundan sonra içərisində “Fənərbaxça” klubunun üzvlərinin olduğu avtobus Trabzon aeroportuna gedərkən Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.

Geri qayıt