Qelebə.az / “Roma”dan 25 milyonluq transfer - RƏSMİ

“Roma”dan 25 milyonluq transfer - RƏSMİ

Bu gün, 11:47

"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Doniell Malenin transfer hüquqlarına yiyələnib.

QELEBE.AZ xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.

Paytaxt klubu niderlandlı futbolçu üçün 25 milyon avro ödəyib. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Roma" Doniell Maleni bu ilin yanvarında icarəyə götürüb. Niderland millisinin üzvü "canavarlar"ın heyətində keçirdiyi 20 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt