2026/27 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək "Şəfa"da ayrılıq yaşanıb.
QELEBE.AZ saytının əldə etdiyi məlumata görə, hücumçu Əmir İbrahimzadə komandanı tərk edib.
İranlı forvardın mövcud müqaviləsinin müddəti başa çatıb.
22 yaşlı futbolçu klubu azad agent statusunda tərk edib.
Qeyd edək ki, Əmir İbrahimzadə cari mövsümün əvvəlində “Şəfa”nın heyətinə cəlb olunmuşdu.