AFFA İntizam Komitəsinin iclası keçirilib.
QELEBE.AZ xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” matçı ilə bağlı cərimələr müəyyənləşib.
Ağdam təmsilçisi 8000 manat dəyərində cəza ilə üzləşib.
22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 86.3);
Qeyd edək ki, qarşılaşma "köhlən atlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.