Qelebə.az / "Neftçi"də "yarpaq tökümü" - ONLAR GÖNDƏRİLDİLƏR

"Neftçi"də "yarpaq tökümü" - ONLAR GÖNDƏRİLDİLƏR

Bu gün, 15:06

"Neftçi" klubu futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər üç oyunçunun müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.

Geri qayıt