“Volfsburq” tarixində ilk dəfə Bundesliqanı tərk edib.
Apasport.az xəbər verir ki, komanda “Paderborn”la pley-off matçında məğlub olub - 1:2.
İlk oyun qolsuz bərabərliklə nəticələndiyindən "canavarlar" aşağı liqaya yuvarlanıb.
“Yaşıl-ağlar” 1997-ci ildən bəri ilk dəfə II Bundesliqada oynayacaqlar.
“Volfsburq” bir dəfə Bundesliqa çempionu olub, Almaniya Kubokunu və Almaniya Superkubokunu qazanıb.