Qelebə.az / "Fənər"in futbolçusu ölkəsinə qayıda bilər

"Fənər"in futbolçusu ölkəsinə qayıda bilər

Dünən, 18:51

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred ölkəsinə qayıda bilər.

QELEBE.AZ xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə ESPN nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, artıq klublar arasında Fred üçün ilkin danışıqlar başlayıb. İstanbul nəhəngi 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil. Oyunçunun özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm “sarı-lacivərdlilər”in heyətində keçirdiyi 45 rəsmi oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt