Qelebə.az / DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yoxdur

DÇ: İspaniya yığmasının heyəti müəyyənləşib, "Real"ın heç bir futbolçusu siyahıda yoxdur

Bu gün, 15:00

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına gedəcək milli komandanın heyətini elan edib.

APA xəbər verir ki, “Qırmızı Furiya”nın 26 nəfərik heyəti arasında “Real Madrid”in heç bir futbolçusu yer almayıb.

Qapıçılar: Unay Simon, David Raya, Joan Qarsiya;

Müdafiəçilər: Pedro Porro, Marcos Llorente, Aymerik Lyaport, Pau Kubarsi, Mark Pubil, Erik Qarsiya, Mark Kukurelya, Alexandro Qrimaldo;

Yarımmüdafiəçilər: Rodri, Martin Subimendi, Pedri, Mikel Merino, Fabian Ruiz, Dani Olmo, Gavi.

Hücumçular: Niko Uilyams, Aleks Baena, Mikel Oyarsabal, Ferran Torres, Borja İqlesias, Yeremi Pino, Lamin Yamal, Viktor Munos.

Hazırkı Avropa çempionları DÇ-2026-nın qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvaya qarşı mübarizə aparacaqlar.

Geri qayıt