Qelebə.az / Nəriman oynamadı, komandası qələbə qazandı

Nəriman oynamadı, komandası qələbə qazandı

Bu gün, 10:49

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" MLS-də növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, komanda öz meydanında "Atlanta" ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman bu matçda meydana çıxmayıb.

Qeyd edək ki, "Kolumbus Kryu" 15 turdan sonra 16 xalla 10-cu sırada qərarlaşıb.

Geri qayıt