“Napoli”nin baş məşqçisi Antonio Kontenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.
Bu barədə klubun prezidenti Aurelio De Laurentiis yerli mətbuata açıqlamasında bildirib.
O, 56 yaşlı mütəxəssisin gedişini təsdiqləyib.
Qeyd edək ki, Konte 2024-cü ilin yayından “Napoli”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda A Seriyasının qalibi olub.