Futbol üzrə Portuqaliya kubokunda qalibin adı bəlli olub.
Apasport.az xəbər verir ki, final görüşündə "Sportinq" və "Torrense" qarşı-qarşıya gəliblər.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib: 1:1.
Əlavə olunan vaxtda 2-ci liqa təmsilçisi "Torrense" daha bir qol vurmağı bacarıb.
Matçda başqa qol olmayıb: 2:1.
Bu sürpriz nəticədən sonra kuboka yiyələnən "Torrense" növbəti mövsüm Avropa Liqasında çıxış etməyə vəsiqə qazanıb.
Qeyd edək ki, aşağı liqa təmsilçisi elitaya yüksəlmək uğrunda mayın 28-i "Kasa Pia" ilə final oynayacaq.