Qelebə.az / “Araz-Naxçıvan”dan yubiley qələbəsi

“Araz-Naxçıvan”dan yubiley qələbəsi

Bu gün, 15:44

Misli Premyer Liqasının XXXIII turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yubiley qələbəsini qazanıb.

QELEBE.AZ xəbər verir ki, bu, komandanın Premyer Liqada 30-cu ev qələbəsi olub.

Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda “30”a çatıb. Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

“Araz-Naxçıvan” ilk ev qələbəsini 2000/01 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba “Şahdağ”ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.

Geri qayıt