İngiltərə Premyer Liqasına yüksələn sonuncu komandanın adına aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, pley-off mərhələsinin final matçında “Hull Siti” ilə “Midlsbro” üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Oyun “Hull Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Acun Ilıcalının sahibi olduğu klub bu nəticə ilə növbəti mövsümdə Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb.