Qelebə.az / Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək

Bu gün, 16:32

​Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.

Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

​Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.

Geri qayıt