Qelebə.az / Aziz Yıldırımdan tarixi təklif: Ali Koç və Hakan Safiyə...

Aziz Yıldırımdan tarixi təklif: Ali Koç və Hakan Safiyə...

Bu gün, 15:40

“Fənərbaxça”nın prezidentliyə namizədi Aziz Yıldırım 6-7 iyun tarixlərində keçiriləcək prezident seçkiləri öncəsi bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, o, prezidentliyə digər namizəd olan Hakan Safiyə birləşmək təklifi edib:

“Onlar bizim rəqibimiz deyil. Bir "Fənərbaxça" azarkeşi başqa bir "Fənərbaxça" azarkeşinə rəqib ola bilməz. Bu klub 120 illik tarixi ərzində bir çox prezident görüb. Mən bu 120 ilin yarısına töhfə vermişəm və hər zaman özümə baxanda yalnız "Fənərbaxça"nı görmüşəm. Buradan Ali Koç və Hakan Safiyə səslənirəm: gəlin hamımız bir araya gələk və "Fənərbaxça"nı çempionluğa aparaq”.

Geri qayıt