Qelebə.az / Qvardiola "Mançester Siti"dən ayrılacağını açıqlayıb

Qvardiola "Mançester Siti"dən ayrılacağını açıqlayıb

Bu gün, 14:51

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.

QELEBE.AZ xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis mövsümün sonunda “şəhərlilər”lə vidalaşacaq.

“Getməyimin səbəbini soruşmayın, çünki heç bir səbəb yoxdur. Düşünürəm ki, vaxt gəlib çatıb. Heç nə əbədi deyil. Əgər belə olsaydı, mən burada qalardım. Dəyişməyən yeganə şey isə “Mançester Siti”yə olan sevgimdir”, - 55 yaşlı çalışdırıcı vida mesajında deyib.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildə “Mançester Siti”nin baş məşqçi vəzifəsinə təyin olunub. Premyer Liqa təmsilçisi onun rəhbərliyi altında 21 kubok qazanıb.

Geri qayıt