Qelebə.az / "Yunayted" qərarını verdi - KERRİKLƏ YOLA DAVAM

"Yunayted" qərarını verdi - KERRİKLƏ YOLA DAVAM

Bu gün, 14:40

"Mançester Yunayted" baş məşqçisi Maykl Kerriklə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" ingiltərəli mütəxəssislə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 44 yaşlı çalışdırıcı 2028-ci ilin yayınadək Premyer Liqa təmsilçisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında "Yunayted"in baş məşqçi vəzifəsinə təyin olunmuşdu.

Geri qayıt