Futbol üzrə Azərbaycan II Liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
24 may tarixində Binə qəsəbə stadionunda, saat 16:30-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.