Qelebə.az / Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib

Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib

Bu gün, 20:52

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov Türkiyənin İstanbul şəhərində WSF versiyası üzrə keçirilmiş karate Şotokan Dünya Çempionatında uğur qazanan deflimpiyaçı idmançılarla görüş keçirib.

QELEBE.AZ xəbər verir ki, görüşdə Dünya Çempionatında qızıl medal qazanan Hikmət Ağayev, Sahib Sahibli, Yusif Əzimzadə, gümüş medal əldə edən Aytən Qədirova və Nizaməddin Əzimzadə, eləcə də bürünc medalçılar Əliəkbər Əlizadə və Elnur Qasımzadə, həmçinin yığma komandanın baş məşqçisi Seymur Xudaverdiyev və köməkçi məşqçisi Şahin Xudaverdiyev iştirak ediblər.

Anar Bayramov əldə olunan nəticələri yüksək qiymətləndirib, qazanılan böyük qələbələr münasibətilə deflimpiyaçıları təbrik edib və onlara gələcək yarışlarda daha böyük uğurlar qazanmaq üçün məşqləri intensiv davam etdirməyi tövsiyə edib. 

Öz növbələrində çıxış edən məşqçi və idmançılar Komitə tərəfindən göstərilən diqqətə və qayğıya görə İdarə Heyətinin sədrinə öz təşəkkürlərini bildirib və yarışdan olan təəssuratlarını paylaşıblar. 

Görüşün sonunda məşqçi və idmançılara Komitə adından mükafatlar təqdim edilib.

Geri qayıt