Müqavilə ilə "Qalatasaray"a məxsus olan və icarə əsasında "Udineze"də çıxış edən Nikolo Zaniolonun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi hücumameyilli yarımmüdafiəçini birdəfəlik transfer edəcək.
Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin iddiasına görə, komanda 26 yaşlı oyunçunun müqaviləsində yer alan 10 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "Udineze" forması ilə çıxış etdiyi 34 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.